Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Jurnalist soydaşımız koronavirusdan sağaldı

Koronavirusa yoluxmuş idman jurnalisti Anar Cəfərsoy bu amansız bəladan xilas olub. Ölkə mediasında bu barədə yayılan xəbərdə bildirilir ki, Supersport.az portalının təsisçisi və baş redaktoru olan yazar 2 həftədir koronavirusdan müalicə olunurdu. Anar Cəfərsoy açıqlamasında deyib:

– Allahın rəğbəti və həkimlərin köməyi ilə dəhşətli  bəladan qurtuldum. Əmin oldum  ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında peşəkar həkimlər, tibb işçiləri fəaliyyət göstərir. Gecə səhərə kimi bu fədakar insanlar, yaşından asılı olmayaraq hamının sağalması üçün yüksək səviyyədə çalışırlar. Belə qəhrəmanlar, həyatlarını təhlükəyə atmaq bahasına olsa belə, insanları xilas etmək üçün bütün varlıqlarını sərf edirlər, hamıya sevgi, hörmət, nəvazişlə davranırlar. Təmizlik-gigiyenik işlərlə yanaşı, qida  ilə təminata da xüsusi diqqət yetirilir. Allah bütün xəstələrə şəfa versin. Başda həkim Şərəf Hüseynova, böyük tibb bacısı Könül Vəliyeva, tibb qardaşı Şəmsi Axundov olmaqla hər kəsə dərin təşəkkürümü bildirirəm.

Baş redaktor daha sonra bildirib ki, immunitet sistemini gücləndirmək üçün dərmanlardan, təbii qidalardan istifadə edir: “Koronavirus orqanizmə ciddi təsir edib, çəkim də azalıb. Həkim məsləhətinə əsasən, immuniteti gücləndirmək üçün dərmandan, təbii qidalardan istifadə edirəm”.

Xatırladaq ki, idman jurnalistinin 69 yaşlı anası Zöhrə Cəfərova mayın 28-də bu pandemiyadan Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib.

R.TAHİR,
“Xalq qəzeti”

3 2020 12:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə