Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın sabiq baş nazirindən mühüm etiraf: Azərbaycanın yerinə olsaydım...

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bu günlərdə gözlənilməz açıqlama ilə çıxış edib.Armnews” telekanalının qonağı olan Baqratyan koronavirusa görə Ermənistanın zəif düşdüyünü vurğulayaraq deyib: “Mən Azərbaycanın yerinə olsaydım,  3--4 ay sonra nəinki Qarabağa, həm də Ermənistana hücum edərdim. Ölkə koronavirusa görə zəif vəziyyətdədir”.

Baqratyan koronavirusla bağlı Cənubi Qafqazda ən həyəcanlı vəziyyətin məhz Ermənistanda yarandığını bildirib və buna görə Nikol Paşinyan hökumətini sərt tənqid edib. Keçmiş hökumət rəhbəri virusun ölkənin milli təhlükəsizliyinə ciddi təhdid yaratdığını əlavə edib.

Ermənistan cəmiyyətində bu açıqlama ciddi rezonans doğurub. Bəziləri Baqratyanın bu etirafa görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər. 61 yaşlı Baqratyan 1993-1996-cı illərdə Ermənistanın baş naziri olub.

R.TAHİR,
“Xalq qəzeti”

3 2020 12:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə