Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Su problemi ilə bağlı Baş nazirə müraciət edilib

Milli Məclisin növbədənkənar plenar iclasında  kənd təsərrüfatı rayonlarında əhalinin əsas məşğuliyyət və gəlir mənbəyinin əkin-biçin olduğunu bildirən deputat Qənirə Paşayeva cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə çox önəmli layihələrin həyata keçirildiyini xüsusi vurğulayıb, bu sahədə yaşanan problemlərdən də danışıb. O, bildirib ki, suvarma ilə bağlı problem yaşandıqda kənd təsərrüfatı sahələrini inkişaf etdirmək mümkün deyil:          

“Tovuzda artıq kənd təsərrüfatı mövsümü başlayır. Amma insanların hamısını narahat edən bir məsələ var. Əgər mövsüm keçən ilki kimi quraq keçərsə, məhsuldarlıqda çox ciddi azalmalar olacaq. Cənab Prezident İlham Əliyev də suvarılma probleminin aradan qaldırılması, əhali arasında suyun düzgün paylanması məsələsinə xüsusi toxunmuşdu. Hətta bu istiqamətdə komissiya da yaradılıb. Tovuz rayonunun problemlərini həll edəcək 2 önəmli layihə var ki, onların hər biri haqqında Nazirlər Kabinetinə və aidiyyatı qurumlara müraciətlər olunub. Buradan baş nazirimiz Əli Əsədova xahiş edirəm ki, bu layihələrin yaxın zamanlarda reallaşması üçün dəstək göstərsin.”

Zəyəm çayı üzərində su anbarının tikilməsi təklifi ilə çıxış edən komitə sədri deyib ki, bu layihə həm Tovuz, həm də Şəmkir rayonunda yaşanan suvarma suyu problemini aradan qaldıracaq. Eyni zamanda, Kür çayından Qovlar şəhərinə və kəndlərə 4 pilləli su nasosları ilə su çəkilməsi layihəsi həm Qovlar şəhərində, həm də bir çox ətraf kəndlərdə suvarma problemini aradan qaldıracaq. O, bildirib ki, suvarma probleminin həll olunması Tovuzun kənd təsərrüfatı rayonu kimi inkişafına, əhalinin məşğulluğunun artmasına, kənd təsərrüfatı məhsullarının ixracına öz müsbət təsirini göstərəcək.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

3 2020 10:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə