Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU-da elmi şuranın onlayn iclası keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru  İlham Mədətov elmi şuranın iclasının gündəliyinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD -- 19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 18 may tarixli qərarını və Təhsil Nazirliyinin məktubunu nəzərə alaraq ATMU-da 2019 -- 2020-ci tədris ilinin yay imtahan sessiyasının təşkili haqqında və cari məsələlər daxil olduğunu qeyd edib.

Elmi şuranın sədri İ.Mədətov pandemiya dövründə universitetdə dərslərin məsafədən tədrisi istiqamətində görülən işlərdən bəhs edib. Yaz imtahan sessiyasının təşkili məsələlərinə aydınlıq gətirib. Rektor eyni zamanda koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi şəraitində universitetdə onlayn formatda keçirilən tədrisin vəziyyəti, tələbələrin biliklərinin qiymətləndirilməsi və gündəmdəki digər vacib məsələlərdən də danışıb. Bildirib ki, Nazirlər Kabineti yanında operativ qərargah koronavirus pandemiyasının ölkədə yayılmasının qarşısının alınması ilə bağlı digər istiqamətlərdə görülən qabaqlayıcı tədbirlər kimi, təhsil sahəsində də mühüm addımlar atıb.

Tədris metodiki şöbənin müdiri Simnar Mamedov 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında danışıb. İclasın yekununda Elmi Şura üzvləri tərəfindən Nazirlər Kabinetinin “Koronavirus (COVİD19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər haqqında”  qərarına, Təhsil Nazirliyinin 20.05.2020-ci il tarixli məktubuna və 31.05.2020-ci il tarixli imtahanların təşkili ilə bağlı razılıq məktubuna müvafiq olaraq ATMU-da 2019 --2020-ci tədris ilinin yay imtahan sessiyasının təşkil edilmə qaydaları təsdiq edilib.

Həmçinin iclasda cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

3 2020 10:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə