Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda mövcud olan mədəni müxtəliflik və yüksək tolerantlıq mühiti əsrlərdən bəri burada ayrı-ayrı xalqların, fərqli konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yanaşı yaşa­masının bariz nümunəsidir. Cəmiyyətdə qarşılıqlı mənəvi zənginləşmə üçün möhkəm bünövrə rolunu oynayan etnik-dini rəngarəngliyin qorunub saxlanmasının müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsi baxı­mından əhəmiyyətini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiya­sının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə mövcud dini kon­fessiyaların fəaliyyətinin dəstəklənməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycanda dini qurumla­ra maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150,0 (yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150,0 (yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban- Udi xristian dini icmasına 150,0 (yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100,0 (yüz) min manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyun 2020-ci il

3 2020 01:43 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Köhnə versiyamızdan xəbərləri izlə