Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC təhsil obyektlərinin tikintisi üçün AÇIQ TENDER ELAN EDİR

Lot- 1. Nəsimi rayonu, 35 nömrəli orta məktəbin köhnə korpusunun sökülüb yenidən tikilməsi işlərinin satın alınması.

Lot- 2. Xətai rayonu, 263 nömrəli orta məktəbin üçmərtəbəli koprusunun bərpa-gücləndirilməsi, ikimərtəbəli korpusun və birmərtəbəli keçidlərin sökülərək yeni kor­pusların tikilməsi işlərinin satın alınması.

Lot- 3. Sabunçu rayonu, Zabrat qəsəbəsində 71 saylı tam orta məktəb üçün əlavə 30 sinif otağının tikilməsi işlərinin satın alınması.

Lot- 4. Sabunçu rayonu, Zabrat qəsəbəsində 307 saylı orta məktəb üçün əlavə 15 sinif otağının tikilməsi işlərinin satın alınması.

Lot- 5. Suraxanı rayonu, Əmircan qəsəbəsi 87 saylı orta məktəbin köhnə korpusunun sökülərək 1752 şagird yerlik yeni korpusların tikilməsi işlərinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalı­na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə imkan­larına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsil təqdim edə bilərlər. (əlaqələndirici şəxs- Əhməd Məmmədov, 496-52-05).

İştirak haqqı hər bir lot üçün 1000 (bir min) manatdır.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:

Təşkilat – Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti

H/H- AZ22IBAZ 38030019446253269215

VÖEN- 1702563281

Kod- 805625

VÖEN-9900001881

M/h-AZ03NABZ 01350100000000002944

SWİFT- IBAZAZ2X

İştirak haqqı heç bir halda qeri qayta­rılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərfin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 fai­zi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma­ması haqqında müvafiq vergi orqanların­dan arayış;

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank tərəfindən veril­miş arayış;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- iddiaçının müvafiq sahədə fəaliyyət göstərməsinə icazə verən lisenziya;

iddiaçının bu sahədə peşəkarlığını əks etdirən məlumatlar:

- əsas işçi heyəti və idarəetmə aparatında çalışanların ixtisasları və iş təcrübələri barədə məlumat;

- iddiaçının texniki imkanları (inzibati və istehsalat sahələri, nəqliyyat vasitələri və digər avadanlıqları) barədə məlumat;

- son 3 ildə iddiaçı tərəfindən icra edil­miş oxşar layihələr barədə məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınal­maları haqqında” Azərbaycan Respubli­kasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 23 iyun 2020-ci il saat 11.00-a, tender təklifi ilə bank zəmanəti sənədlərini isə 2 iyul 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 3 iyul 2020-ci il saat 11.00-da açılacaq­dır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD- tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. Tenderdə yalnız “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun 50-1.1-ci maddəsində göstərilən meyarlara uyğun gələn iddiaçılar iştirak edə bilərlər.

3 2020 01:25 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
2 İyul 2020 | 04:21
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə