Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri”

Bu adda keçirilən beynəlxalq elmi-nəzəri onlayn videokonfransda Azərbaycan da iştirak edib.

Videokonfrans Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universite­tinin (ÖDƏU) təşkilatçılığı, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), M.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun (AAÖİ) və Mux­tar Auezov adına Cənubi Qazaxıstan Dövlət Universitetinin dəstəyi ilə baş tutub.

Tədbirdə Azərbaycan, Amerika Birləşmiş Ştatları, Rusiya, İtaliya, Qazaxıstan və Tacikistandan 100-dən artıq alim, müəllim və tələbə iştirak edib.

Videokonfransı ÖDƏU-nun rekto­ru, professor Şöhrət Siracəddinov açaraq pandemiya dövründə belə tədbirlərin keçirilməsinin vacibliyindən danışıb, mövzu ilə bağlı fikirlərini bölüşüb, qonşu dövlətlərin universitetləri arasında əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

AMM-nin direktoru Samir Abbasov konfransın mövzusunun aktuallığın­dan söz açıb, Mərkəzi Asiyada elmin və mədəniyyətin inkişafında Azərbaycan alimlərinin də mühüm rol oynadığını bildirib.

Ölkələrimiz arasında münasibətlərin in­kişafından danışan S.Abbasov Özbəkistanın Türk Şurasının tam hüquqlu üzvü olmasını türkdilli dövlətlər arasında münasibətlərin daha da genişlənməsi istiqamətində mühüm addım kimi qiymətləndirib.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

3 2020 01:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə