Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dezinfeksiya işləri davam etdirilir

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə paytaxtın bütün rayonlarında həyata keçirilən profilaktika tədbirləri davam etməkdədir.

Mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küşələrdə də dezinfeksiya işləri aparılır. Binəqədi rayonunda da Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.

Binəqədi rayonunda 6-cı mikrorayonda yerləşən 79 saylı MİS-nin rəisi Həsən Həsənov hər iş günü başlayandan işçilərə tapşırıq və tövsiyələrini verir, onları hansı ünvanlara gedəcəkləri ilə bağlı məlumatlandırır. Qeyd edək ki, MİS-in yerləşdiyi ərazidə həm bina, həm fərdi evlər var və həmin ərazilərin hamısında pandemiya başlayandan bu günədək dezinfeksiya tədbirləri ardıcıl olaraq davam etdirilir.

İyunun 2-də 6-cı mikrorayonda aparılan növbəti dezinfeksiya işləri də uğurla başa çatdırılıb. MİS-in əməkdaşları--Mürşüd Əliyev, Rahib Abbasov, Arif Qocayev, Sahil Vəliyev gün ərzində göstərilən ərazilərdə dezinfeksiya işlərini  tamamlayıblar. Aparılan tədbir nəticəsində Svetlana Məmmədova küçəsindəki 203/b, 201, 203, 207 saylı binaların, eyni zamanda, İ.Həşimov küçəsindəki 205/b, 4/a, 6/a saylı binaların həyətləri, zibil konteynerləri, həyətdəki oturacaqlar, uşaqların əyləndikləri sahələr, oyun meydançaları, bloklar və digər istifadə məkanları dezinfeksiya edilib.

79 saylı MİS rəisinin bildirdiyinə görə dezinfeksiya işləri davamlı olaraq gücləndirilmiş qaydada ayrı-ayrı ünvanlarda davam etdiriləcək.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 2020 13:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə