Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elxan Məmmədov: "Millimizin baş məşqçisi avqustda açıqlanacaq"

AFFA Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan mütəxəssislərlə danışıqları bərpa edib.

Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində deyib.

O bildirib ki, yeni baş məşqçinin təyinatı avqust ayında reallaşa bilər: "3 məşqçi ilə danışıq gedirdi. Onlardan biri ilə martın sonunda müqavilə imzalanmalı idi. Təəssüf ki, pandemiyaya görə danışıqları dayandırmalı olduq. Amma 1 həftə öncə həmin məşqçilərlə danışıqları bərpa etdik.  Millətlər Liqasının vaxtı dəyişilməsə, yeni təyinat avqustda gözlənilir".

Qeyd edək ki, Azərbaycan millisinə son olaraq xorvatiyalı mütəxəssis Nikola Yurçeviç rəhbərlik edib. 2019-cu il fevralın 11-də yığmaya baş məşqçi təyin olunmuş Yurçeviç dekabrın 13-də AFFA İcraiyyə Komitəsinin qərarı ilə istefaya göndərilib.

Salman Musaoğlu,
“Xalq qəzeti”

2 2020 10:56 - İDMAN
İDMAN
2 İyul 2020 | 04:05
Yubiley qolu
1 İyul 2020 | 10:36
NBA ulduzlarında koronavirus
1 İyul 2020 | 00:23
7-ci “Qızıl dubl”

Köhnə versiyamızdan xəbərləri izlə