Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Neftçi” kimi komandanın formasını geyinmək böyük şərəfdir"

"Neftçi" ilə müqavilənin müddətini uzadan Anton Krivotsyuk klubun rəsmi saytının suallarını cavablandırıb. 

Sportline.az həmin müsahibəni təqdim edir...

- "Neftçi” ilə daha 1 illik anlaşmaya imza atdınız. Təəssüratlarınız necədir?

- Təbii ki, doğma hesab etdiyim klubda qaldığım üçün çox şadam. Həmişə çempionluq uğrunda mübarizə aparan komandanın heyətində olmaq məsuliyyətimi artırır.

- Ümumiyyətlə, "Neftçi” sizin həyatınızda nə kimi rol oynayıb?

- Çox vacib rol oynayıb. Dediyim kimi, "Neftçi” kimi komandanın formasını geyinmək böyük şərəfdir. Meydanda canımı qoyub komandaya xeyir verməyə çalışıram. Futbolçu üçün əsas məqsəd bu olmalıdır.

- Karantin dövrünü necə keçirirsiz? Formanızı necə qoruyub saxlamısız?

- Karantin dövrü ağır keçdi. Açığı, formamı tam istədiyim kimi saxlaya bilmədim.

- Artıq mövsüm bərpa olunub. Nə gözləyirsiz?

- Təsəvvür etmək çətindir. Məncə, məşqdən-məşqə qaydasına düşəcək.

- Futbol üçün çox darıxmısız?

- Əlbəttə! Futbol həyatımın bir parçasıdır, amma ailəm üçün daha çox darıxmışam. Axı onlar başqa ölkədə yaşayırlar.

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

2 2020 10:54 - İDMAN
İDMAN
2 İyul 2020 | 04:05
Yubiley qolu
1 İyul 2020 | 10:36
NBA ulduzlarında koronavirus
1 İyul 2020 | 00:23
7-ci “Qızıl dubl”

Köhnə versiyamızdan xəbərləri izlə