Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Uşaq və Gənclər Teatrı pandemiya dövründə də fəaliyyətini onlayn formada davam etdirir

Teatr   Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə  “Miqrasiya Könüllüsü” İctimai Birliyi və Bakı Uşaq və Gənclər Teatrının birgə təşkilatçılığı ilə uşaqlar üçün onlayn interaktiv tədbir Facebook platforması üzərindən canlı yayımlanıb. Canlı yayımda tamaşalardan parçalar, şeir, musiqi nömrələri və sehrbaz Tofiq əmi çıxış edib. Tamaşaçılar rəy bölməsində fəal iştirak edərək verilən sualları cavablandıraraq hədiyyələr qazanıblar.

Bakı Uşaq və Gənclər Teatrı karantin müddəti bitdikdən sonra növbəti festival - mono tamaşalar festivalı keçirməyi planlaşdırır. Festivalın keçirilməsində məqsəd fərdi aktyor yaradıcılığının inkişafı və Azərbaycanda festival ənənələrinin genişlənməsinə vasitəçi olmaqdır.

Festivala hazırlıq dövrü karantin müddətində nəzərdə tutulub.

İştirakçılar  üçün janr məhdudiyyəti qoyulmayıb. Aktyorlar dünya və Azərbaycan klassiklərindən tutmuş müasir ədəbiyyata qədər istənilən əsərə müraciət edə bilərlər.

Artıq bir neçə teatra dəvət göndərilib və müsbət cavab alınıb. Festivalda 40-a yaxın tamaşanın nümayişi gözlənilir.

Qeyd edək ki, 2014-cü il mart ayında "Bizim teatr - 1"  beynəlxalq festivalı, 2015- ci il mart ayında "Bizim teatr-2",  2019 -cu il aprel ayında isə "Nəsimi ili, Nəsimi dili" festivalı Bakı Uşaq və Gənclər Teatrı tərəfindən keçirilib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

2 2020 10:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə