Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva Tovuz məktəblilərinə kitablar hədiyyə edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, parlamentdə təmsil etdiyi Tovuz rayonunun orta məktəblərində təhsil alan 500 şagirdə, onların maraq dünyasına və yaşına uyğun kitablar hədiyyə edib. Kitablar təhsildə fərqlənən uşaqlara verilməsi üçün bir sıra məktəblərə göndərilib.

Əvvəllər də dəfələrlə kitab bağışlama aksiyası keçirən Q.Paşayeva bu dəfəki aksiyanı 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı təşkil edib. Bu bayramların qlobal pandemiya ilə bağlı müəyyən məhdudiyyətlər şəraitində keçirildiyini qeyd edən Q. Paşayeva, şagirdlərə və müəllimlərə 1000 ədəd qoruyucu maska da hədiyyə edib.

Şagirdləri öz şəxsi gigiyenalarına diqqət etməyi tövsiyyə edib, virtual və ya teledərs formatında da olsa, dərslərdən geri qalmamağa çağırıb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 2020 10:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə