Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva uşaqlarla birgə “Xalça Muzeyi”ni ziyarət edib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, “Təmiz Dünya” Uşaq Sığınacağında məskunlaşamış uşaqların paytaxdakı muzeylərdən birini ziyarət arzusunu nəzərə alaraq, uşaqlarla və sığınacağın qurucusu Mehriban Zeynalova birlikdə “Xalça Muzeyi”ndə olub.

1 İyun – Uşaqların Hüquqlarını Beynəlxalq Müdafiə Günü ərəfəsində gerçəkləşən görüş və ziyarət uşaqların sevincinə səbəb olub. Muzeylə yaxından tanışlıq, muzey rəhbərliyi ilə, Mədəniyyət Komitəsinin sədri ilə səmimi söhbət imkanı uşaqlar tərəfindən maraqla qarşılanıb.

Komitə sədri Q.Paşayeva sığınacaqdakı uşaqların hər birinə hədiyyələr bağışlayıb, onlara ən xoş diləklərini yetirib, yaxşı təhsil almalarını arzu və təmənna edib. Q. Paşayeva sığınacaq rəhbərliyinin, uşaqların sığınacaqdan kənarda mədəni tədbirlərə, o cümlədən muzeyləri ziyarətə cəlb edilməsini çox yaxşı təcrübə kimi qiymətləndirib, gələcəkdə digər muzeylərə də birgə ziyarətlərdən məmnun olacağını deyib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 2020 10:34 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə