Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tramp ABŞ-dakı iğtişaşları daxili terror aktları adlandırıb

ABŞ-dakı iğtişaşlar dinc nümayişlər deyil, daxili terror aktlarıdır.

ABŞ Prezidenti Donald Tramp son bir neçə gün ərzində ölkədə baş verən kütləvi etirazlar və iğtişaşlarla əlaqədar bildirib ki, "Linkoln və İkinci Dünya Müharibəsi Memorialı vandalların hücumuna məruz qalıb. Bunlar dinc etiraz deyil, daxili terror aktlarıdır".

D.Tramp ABŞ federal hökumətinin son günlər iğtişaşların baş verdiyi bölgələrdə qanun və qaydanı bərpa etmək üçün milli silahlı qüvvələrdən istifadə etməyə hazır olduğunu söyləyib.

O, qeyd edib ki, ABŞ federal hökuməti ölkədəki böyük iğtişaşlara son qoymaq üçün bütün mülki və hərbi ehtiyatlarını səfərbər etmək niyyətindədir.

2 2020 10:21 -

Köhnə versiyamızdan xəbərləri izlə