Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan Avropa Məhkəməsini Azərbaycan əleyhinə qarayaxma kampaniyasında alətə çevirməyə çalışır

Məlum olduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu il mayın 26-da “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” adlı qərar qəbul edib. Sənəd 2004-cü ildə ­Macarıstanda Azərbaycan zabiti Ramil Səfərovla ­yaşanmış məlum olayla bağlıdır. AİHM-in qərarı, demək olar ki, qərəzli və qeyri-obyektivdir, mahiyyət etibarı ilə Azərbaycanı gözdən salmağa yönəlib. Azərbaycan Vətən Müharibəsi Veteranları ­İctimai Birliyinin sədri Füzuli Rzaquliyev bu barədə fikirlərini bizimlə bölüşərkən dedi: 

– Mən Avropa Məhkəməsinin qərarını ədalətsiz hesab edirəm. Fikrimcə, AİHM faktiki olaraq, erməni millətçilərinin siyasi oyunlarına cəlb olunub. 
Hər kəsə bəllidir ki, ­işğalçı Ermənistan hər vəchlə Dağlıq Qarabağ münaqişəsinin əsas səbəblərini təhrif etməklə, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan torpaqlarının davam edən qanunsuz işğalı və dinc əhalinin üzləşdiyi etnik təmizləmə faktlarından yayındırmağa çalışır. Məhkəmə nəzərə almalı idi ki, Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov Azərbaycanın ­
1993-cü ilin avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunda anadan olmuş, yaxın qohumlarını müharibədə itirmiş, hələ yeniyetmə ikən məcburi köçkün həyatının ağrı və acılarını yaşamışdır. R.Səfərovun Azərbaycana ekstradisiyasından sonra onun dövlət başçısı tərəfindən əfv olunması dünya təcrübəsində istifadə edilən bir haldır.
Təəssüf ki, dünya siyasətində ikili standartlar siyasəti hələ də davam edir. Rəsmi İrəvan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl etmir, qatı millətçi və militarist siyasətini davam etdirir. Beynəlxalq təşkilatlar isə susurlar, bəzən hətta təcavüzkarı açıq və gizli şəkildə dəstəkləyən qərarlar qəbul edirlər. Hesab edirəm ki, ­
AİHM-in sözügeüdən qərarı da məhz bu qəbildəndir. 
Qarabağ müharibəsinin iştirakçısı kimi sonda bir məqamı da vurğulamaq istəyirəm. Ermənistan dövlətinin yeritdiyi qəsbkarlıq siyasətinin sonu yoxdur. Azərbaycan xalqı öz tarixi torpaqlarını azad etməyə hər an hazırdır və buna tamamilə qadirdir. Biz mütləq qələbə qazanacağıq. Bu, sadəcə zaman məsələsidir, buna bütün varlığımla inanıram! 

 

Söhbəti qələmə aldı: 
M.HACIXANLI, 
“Xalq qəzeti” 

 

2 2020 10:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə