Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beyləqan Meliorasiya İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) lot üzrə keçiriləcəkdir.
Lot- 1 .Maşın-mexanizmlərə ehtiyat hissələrinin satın alınması.
Lot-2 .Əsaslı və cari təmir işlərində istifadə ediləcək mal-materialların satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
 -aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2020-ci il dekabrın 31-nə kimidir.
Əlaqələndirici şəxs- Faiq Abbasov.
Ünvan- Beyləqan rayonu S.İmrəliyev küçəsi 14A.
E-mail: [email protected]
Telefon-(02122) 5-30-65.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıdakı hesaba hər lot üçün 100 (yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
Bank rekvizitləri-
• H/h-AZ87CTRE00000000000002354103
• VÖEN-3900394001
• Bank- DÖVLƏT XƏZİNƏDARLIĞI AGENTLİYİ
• VÖEN-1401555071
• Kod- 210005
• M/h- AZ41NABZ01360100000000003944
• S.W.İ.F.T: CTREAZ22
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 60 (altmış) bank günü çox olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:
-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda əldə edilmişdir);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
- vergilər nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;
- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 22 iyun 2020-ci il saat 14.00-a dək tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 1 iyul 2020-ci il saat 14.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifi zərfləri 2 iyul 2020-ci il saat 14.00-da elektron portal vasitəsilə açılacaqdır.

 

Tender komissiyası

2 İyun 2020 09:57 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
31 Oktyabr 2020 | 00:03
B İ L D İ R İ Ş
30 Oktyabr 2020 | 02:37
B İ L D İ R İ Ş
30 Oktyabr 2020 | 02:36
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə