Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafa Regional Mədəniyyət İdarəsi Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş onlayn bayram tədbiri keçirib

Ağstafa Regional Mədəniyyət İdarəsi “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü”nə həsr olunmuş maraqlı onlayn bayram tədbiri keçirdi. Tədbiri giriş sözü ilə açan idarə rəisi Vüqar Qədirov uşaqları bayram münasibətilə təbrik etdi, onların arzularını dinlədi.
Bu günün tarixi haqqında məlumat verən natiq ümummilli lider Heydər Əliyevin uşaqlar haqqında söylədiyi “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” fikrini xatırladaraq ölkəmizdə hər zaman uşaqlara xüsusi dövlət qayğısının olduğunu vurğuladı. Qeyd olundu ki, Ümummilli Liderimizin bu siyasti möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Hər il Mehriban xanım Əliyevanın uşaq evlərində, əlil uşaqlar, kimsəsiz, himayəyə ehtiyacı olan uşaqlarla bağlı keçirdiyi tədbirlərdən danışan Vüqar Qədirov, həmçinin, Prezidentimizin şəhid ailələri və müharibə veteranlarının övladlarının təhsilhaqqından azad olunması ilə bağlı, onlara əlavə güzəştlərin olması ilə bağlı göstərdiyi diqqət və qayğıdan geniş bəhs etdi.
Ötən il bu günün şərəfinə simvolik olaraq öz iş masasını uşaqların ixtiyarına verdiyini xatırladan idarə rəisi, karantin dövrünün məhdudiyyətləri ilə əlaqədar olaraq virtual zəmində keçirilən bu tədbirdə uşaqların iştirakının tədbirə xüsusi maraq qatdığını bildirdi. Səmimi aurada davam edən tədbirdə uşaqlar maraqlı şeirlər, mahnılar və rəqslər ifa edərək tədbir iştirakçılarına xoş anlar bəxş etdilər.
 
Əfsanə BAYRAMQIZI,
"Xalq qəzeti"
1 2020 17:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə