Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ramil Səfərov gənclərə örnəkdir

Xəbər verildiyi kimi, bu il mayın 26-da Avropa İnsan Hüquqları Məhkəməsi “Makuçyan və Minasyan Azərbaycanla Macarıstana qarşı” iddiasına baxıb və  2012-ci ildə Macarıstandan ekstradisiya olunan Azərbaycan hərbçisi Ramil Səfərovla bağlı qərarını elan edib. Mən əvvəlki şərhlərimdə də bildirmişdim ki, Avropa respublikamıza, xüsusilə Ermənistan - Azərbaycan, Dağlqı Qarabağ münaqişəsinin nizamlanmasında ölkəmizə qarşı həmişə ikli standart nümayiş etdirib və işğalçını  heç vaxt öz adı ilə çağırmayıb. Bəlkə də buna  cürəti çatmayıb və ya ikili standart mərəzindən hələ də xilas ola bilməməsnin nəticəsidir. Bütün bunlara baxmayaraq, AİHM  bəzi  faktları etiraf etmək məcburiyyətində qalıb. Bu,  ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuznun  təsdiqidir.

Qərarda deyilir ki, Macarıstanda cinayət araşdırmasının qüsurlu aparılması ilə bağlı kifayət qədər dəlil yoxdur. Məhkəmə Macarıstanın zabitin  Azərbaycana göndərməsində heç bir prosedur qaydanı pozmadığını, prosedurun Avropa Şurası Konvensiyasının məhbusların mübadiləsi qaydasına uyğun olduğunu açıqlayıb. Məhkəməyə görə, macar rəsmilərinin məhbusun Azərbaycana qayıdandan sonra sərbəst olacağı barədə bildiyi və ya bilməsi barədə dəlil yoxdur. Məhkəmə, həmçinin Azərbaycan Prezidentinin Ramil Səfərov barəsində əfv sərəncamı imzalamasında  da  qanunazidd halların olmadığını qeyd edib.

Söz yox ki, AİHM bu dəfə Azərbaycana qarşı  tam qərəzli ola bilmədi.  Ancaq yenə də ikili standartdan ayrıla bilmədiyini nümayiş etdirdi. Çünki AİHM hesab edib ki, "Makuçyan və Minasyan Azərbaycanla Macarıstana qarşı" işində Avropa Konvensiyanın 2-ci (yaşamaq) və 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib. Buna baxmayaraq, AİHM  ermənilərin irəli sürdüyü iddiaların bəzilərini rədd edib.  Ramil Səfərov  və Azərbaycan dövləti ilə bağlı qaldırılmış böhtan dolu, əsassız iddiaları, qitə məhkəməsi qəbul etmədi. Ermənilərin bununla bağlı bütün çirkin niyyətləri puç oldu. Ermənistanın əsas niyyətinin  təmin edilməməsi işğalçı ölkə üçün ciddi zərbə oldu.

Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. Digər tərəfdən, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib. Məhkəmənin qənaətincə, Azərbaycan hökuməti bu əməllərə görə beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz.

Əslində, AİHM  Ramil Səfərovun Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğunu, yaxın qohumlarını müharibədə itirdiyini, hələ yeniyetmə ikən məcburi köçkün həyatı yaşadığını nəzərə alınmalı idi.

Ramil Səfərov Azərbaycan gəncliyi üçün örnəkdir. O, ermənilərin Azərbaycanın bayrağını, dövlət rəmzlərini, xalqımızı təhqir etməsinə döxə bilməyib. Əslində, dözməməli idi. Mərdlik, qəhrəmanlıq Azərbaycan millətinə xas olan bir xüsusiyyətdir. Onun Macarıstanda məhkəmə qarşısında dayananda,  hakimin "Əgər üzr istəsən, daha yüngül cəza alacaqsan, əks halda, cəzan çox ağır olacaq!”  təklifinə  verdiyi cavabı xatırlatmaq istərdim: “Mən sizdən mərhəmət deyil, ədalət istəyirəm!" Ramil Səfərov  çıxışında ermənilərin işğalçı zehniyyətini və işğalçıların bağışlanmaz hərəkətlərini faktlarla sadalayıb.

Təəssüf ki, bəzi “siyasətçilərimiz”  Ramil Səfərov haqqında qərəzli danışırlar . Görünür, belələri ermənilərin Xocalıda törətdikləri ağlasığmaz vəhşiliyi, ahıllara, uşaqlara qarşı amansız rəftarını, sərhədboyu ərazlərdə törətduikəri təxribatları, terror aktlarını  unudur və ya görməzliyə vururlar. Bu gün faşist ideologiyasını təbliğ edən, faşistlərin əməllərini onlardan da artıq davam etdriən ermənilərin qəddarlıqlarını “görməyib” Ramil Səfərovu qınayanlara azərbaycanlı demək nə dərəcədə doğrudur? Unutmamalıyıq ki, Ramil Səfərov məsələsi ona qarşı təxribat nəticəsində baş verib. O isə  Ermənistanın işğalçı siyasəti nəticəsində  məcburi köçkün həyatı yaşayır, ailəsində həlak olanlar, itkin düşənlər var. Kimin  psixologiyası bu təxribatlara tab gətirər?

Ramil Səfərov bütün varlığı ilə elinə-obasına bağlı olan, Vətəni uğrunda canından keçməyə hazır olan zabitdir və  Azərbaycan gəncliyi üçün örnəkdir. Hesab edirəm ki, dövlətimizin başçısı da bütün bunları yüksək qiymətləndirdi və Ramil Səfərov haqqında  hamımızın ürəyincə olan haqlı qərar qəbul etdi.  

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,
hüquq üzrə fəlsəfə doktoru

1 2020 14:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə