Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Leyla Bədirbəylinin 100 illiyi münasibətilə poçt markası buraxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən Azərbaycanın görkəmli aktrisası, Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb.

Dizaynı “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış markanın üzərində qrafik şəkildə aktrisanın portreti əks olunub. 16 (4x4) markadan ibarət vərəqdə markaların şaquli düzülüşü kino lentini xatırladır. Bu düzülüş əsasında hər markaya 1 bütöv, 2 yarımçıq “kadr” düşür.

Markalar Belarusun “Bobruisk Integrated Printing House” mətbəəsində 300 min tirajla çap olunub. Eyni zamanda 200 ədəd “Birinci gün” zərfləri hazırlanıb.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

1 İyun 2020 10:44 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
26 Sentyabr 2020 | 09:04
Bədii qiraət ustası...
25 Sentyabr 2020 | 11:33
Opera səhnəmizin "Nigar"ı

Köhnə versiyamızdan xəbərləri izlə