Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əmək Məcəlləsinə əlilliyi olan şəxslərlə bağlı əlavə ediləcək

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair yeni Qanun layihəsində Məcəlləyə əlilliyi olan şəxslərin əmək münasibətləri sahəsində hüquqlarının daha dolğun şəkildə təsbit olunmasına yönələn yarımbəndin əlavə edilməsi nəzərdə tutulub.

Layihədə işəgötürənin əsas vəzifələri sırasına “əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verməmək” məzmununda yarımbəndinin daxil edilməsi də yer alıb.

Bununla Məcəllənin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun müvafiq maddəsi ilə uyğunluğu da təmin olunacaq.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

1 2020 10:32 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə