Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxs dəftərxana və təsərrüfat mallarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Tender iştirakçılarına təklif olu­nur ki, dövlət satınalmalarının vahid internet portalına elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara ma­lik olmalıdırlar. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

- aşağı qiymət, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi.

Tenderdə iştirak etmək istəyənlər 200 (iki yüz) manat məbləğdə heç bir halda geri qaytarılmayan iştirak haq­qını aşağıdakı hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olun­muş əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üzrə təkliflərini təqdim edə bilərlər.

Təşkilat- “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxs

VÖEN- 1005379691

“Kapital Bank” ASC-nin Mərkəz filialı

VÖEN- 9900003611

H/h- AZ71AI­IB38090019440419396102

M/h- AZ­37NABZ01350100000000001944

Kod- 200026

SWIFTBIK. AIIBAZ2X

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (rəsmi blanklarda və möhürlə təsdiq olun­muş qaydada) təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında mü­vafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;

- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;

- son iki ildə yerinə yetirilmiş ana­loji işlər barədə ətraflı məlumat.

İddiaçılar ilkin sənədləri 22 iyun 2020-ci il saat 17.00-a qədər, tender təklifini və bank təminatını isə 2 iyul 2020-ci il saat 17.00-а qədər portal vasitəsilə təqdim etməlidirlər. İddia­çıların təklifləri 2 iyul 2020-ci il saat 17.00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.

Tender komissiyası

1 2020 01:18 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 Sentyabr 2020 | 00:56
B İ L D İ R İ Ş
18 Sentyabr 2020 | 00:56
B İ L D İ R İ Ş
18 Sentyabr 2020 | 00:55
Elan
18 Sentyabr 2020 | 00:52
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə