Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Elmi-Texniki və İnformasiya Mərkəzinin baş direktoru Yevgeni Uqrinoviçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident.

Beynəlxalq Elmi-Texniki və İnformasiya Mərkəzi (BETİM) hökumətlərarası təşkilatının üzvləri olan 22 dövlətin Səlahiyyətli Nümayəndələri Komitəsi və BETİM-in müdiriyyəti adından Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimizi qəbul etməyinizi xahiş edirik.

Sizin gözəl ölkənizə bundan sonra da firavanlıq, öz ölkəsini beynəlxalq aləmdə parlaq və ləyaqətlə təmsil edən Azərbaycan alimlərinə yeni yüksək nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Yevgeni Uqrinoviç

Beynəlxalq Elmi-Texniki və İnformasiya Mərkəzinin baş direktoru

30 2020 20:44 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə