Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda bal istehsalı artıb

Azərbaycanda xüsusi karantin rejimi dövründə arıçılıq məhsullarının satışı çoxalıb.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov mətbuata müsahibəsində daha sonra daxili bazarda satışların ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artdığını deyib.

Onun sözlərinə görə, Azərbaycanda kifayət qədər bal ehtiyatı olmasına baxmayaraq ölkəyə bal idxalı da artıb: “Bu fonda xarici istehsalçılarla rəqabət artır və daxili bazarda yerli istehsal olan balın satışı azalır. Ötən il İran və Ukraynadan böyük həcmdə ucuz günəbaxan balı idxal olunub”.

B.Həsrətov qeyd edib ki, 2019-cu ildə Azərbaycanda satış üçün 6 min ton bal istehsal olunub, əhalinin tələbatı isə, hesablamalara əsasən 5 min ton təşkil edib: “Bu, onu ifadə edir ki, ölkədə tələbatın təmin olunması üçün kifayət qədər bal ehtiyatı var və idxala zərurət yoxdur”.

V.BAYRAMOV,

“Xalq qəzeti”

30 2020 21:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə