Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Azərbaycanda pandemiyanın nəticələrinin aradan qaldırmaq üçün layihələr həyata keçirməyi planlaşdırır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda koronavirus pandemiyasının nəticələrinin aradan qaldırılmasına yönəlmiş müxtəlif layihələr həyata keçirməyi planlaşdırır.

Bunu FAO-nun tərəfdaşlıq və koordinasiya ofisinin rəhbəri Melek Çakmak deyib. O bildirib ki, bu istiqamətdə Azərbaycanın dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində iş aparılır.

Melek Çakmak qeyd edib ki, bu ilin may ayında FAO Azərbaycanın Ağdaş və Qax rayonlarından olan 7 arıçıya fermada istifadə üçün müxtəlif vasitələr verib.

Çakmak hazırda Azərbaycanda istehsal olunan ərzaq məhsullarının kifayət qədər qənaətbəxş olduğunu vurğulayıb, həmçinin daxili bazarda tələbatın fasiləsiz ödənilməsini təmin etmək üçün tədarük zəncirini və beynəlxalq ticarət səviyyəsini qorumaq lazım gəldiyini əlavə edib.

Onun sözlərinə görə, FAO-nun əsas məqsədi pandemiyadan sonra kənd təsərrüfatı zəncirindəki boşluqları doldurmaq, ərzaq istehsalının dayanıqlılığını təmin etmək və təbii ehtiyatların daha səmərəli idarə olunması üçün mümkün qədər çox ölkəyə dəstək verməkdir.

Qeyd edək ki, FAO ilə Azərbaycan arasında 2016-cı ildə əməkdaşlıq proqramı imzalanıb və proqram 2016-2020-ci illəri əhatə edir.

V.BAYRAMOV,

“Xalq qəzeti”

30 2020 20:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə