Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Liviyada xaosa yol verməyəcək

Türkiyə Liviyada yeni bir qeyri-müəyyənliyə icazə verməyəcək. Bu sözləri Türkiyə prezidentinin müşaviri Fuad Oqtay deyib.

“Liviya və Aralıq dənizi bölgəsində yeni qeyri-müəyyən vəziyyətin yaranmasına icazə verməyəcəyik”, - deyə Oqtay bildirib.

Qeyd edək ki, Ankaranın Liviyada Fayez Sərracın başçılıq etdiyi Milli Birlik Hökumətinə bağlı qüvvələrin nəzarətində olan Vatiyyə hərbi hava bazasında F-16 döyüş təyyarələri və pilotsuz uçuş aparatları yerləşdirəcəyi barədə məlumat yayılıb.

 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

30 2020 17:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə