Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-dan Çinə qarşı yeni sanksiya

“Çin Honkonqla bağlı verdiyi sözə əməl etməyib. Məhz bu səbəbdən Birləşmiş Ştatlar Çin Xalq Respublikasının və Honkonqun rəsmi şəxslərinə qarşı sanksiya tətbiq edəcək”. Bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.

ABŞ prezidenti qeyd edib ki, Çin Honkonqun muxtariyyətinə hörmət etmir, bu səbəbdən sözügedən ölkənin rəsmi şəxslərinə sanksiya tətbiq olunacaq.

“Administrasiyaya tapşırıq verdim. Bundan başqa, ABŞ bütün imtiyazları, xüsusən Honkonqun istifadə etdiyi ticarət imtiyazlarını ləğv edir”,- deyə Tramp qeyd edib.

 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

30 2020 16:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə