Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu keçdi

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 6 milyonu keçdi. Son məlumatlara görə, dünya üzrə 6.009.150 nəfərdə infeksiya aşkarlanıb, onlardan 366.039-u vəfat edib, 2.650.714-ü isə sağalıb.

Son sutkada ən çox yoluxma hadisəsi Braziliya (26.354) və ABŞ-da (20.837) qeydə alınıb. 

Bu ölkələrdə pandemiya qurbanlarının sayı da çox olub. Belə ki, Braziliyada son sutkada ölənlərin sayı 1114, ABŞ-da isə 1080 nəfər olub.

Qeyd edək ki, COVİD-19 dünyanın 213 ölkə və regionunda yayılıb.

 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

 

 

 

 

 

 

 

 

 

 

 

30 2020 16:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə