Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sarıkök çox xəstəlikləri müalicə edir

Şərq mətbəxinin əvəzolunmaz ədviyyatlarından biri də sarıkökdür. Amma sarıkök təkcə yeməkləri dadlandırmaq üçün deyil, həm də immun sistemini möhkəmləndirmək baxımdan vacib inqridientdir.

Bu günlərdə ingilis mediasında maraqlı məqalə dərc olunub. Belə ki, orta yaşlı qadın 12 ay ərzində hər gün tezdən acqarına sarıköklü su içir və əldə etdiyi nəticəni ictimaiyyətlə bölüşür. Bir il ərzində fasiləsiz sarıkök suyu qəbul edən qadının həzm sistemi yaxşılaşır, artrit və baş ağrılarından qurtulur.

Həkimlər qeyd edir ki, hər səhər bir çay qaşığı sarıkök və eyni miqdarda kokos yaxud kərə yağını qaynar suya qarışdırıb içmək, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Çünki tərkibindəki kurkumin maddəsi damarlarda tromb yaranmasının qarşısını alır. Bu faktı yapon alimləri də təsdiqləyir.

Sarıkök həmçinin şəkərli diabetin qarşısını alır. Xərçəng xəstəliyi, Altsheymer və yaddaş pozğunluğu ilə mübarizə aparır. İltihab soyuqdəymə zamanı da effektiv dərman rolunu oynayır. Sarıkök həmçinin sümük xəstəliklərindən qurtarmaq üçün əvəzsizdir.

 

Z.BƏŞIRQIZI, “Xalq qəzeti”

30 2020 13:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə