Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayevanın təşəbbüsü ilə tovuzlulara yenə maska göndərilib

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın təşəbbüsü ilə koronavirus pandemiyasından qorunmaq məqsədilə ön cəbhə rayonlarımızdan biri olan Tovuzda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, bir sıra məktəblərin kollektivləri, kənd icra qurumlarının çalışanlar, fiziki imkanları məhdud şəxslər, Tovuz Gənclər Evinin könüllüləri, tənha şəxslər və aztəminatlı ailələr üçün 2000-dən çox maska göndərilib. Maskalar deputat Q.Paşayevanın xahişi və çağırışına əsasən “Bakı Tesktil Fabriki” tərəfindən rayonun 20 kəndinə və Qovlar şəhərinə hədiyyə edilib.

 “Cənab Prezidentimizin bildirdiyi kimi "Biz birlikdə güclüyük" və hər kəs öz imkanları daxilində dünyanı cənginə almış karonavirusla mübarizədə öz töhfəsini verməli, xalqımızın sağlamlığı, dövlətimizin rifahı naminə dövlətimizin müəyyən etdiyi qaydalara riayət etməlidir”-- deyən Q.Paşayeva Heydər Əliyev Fondunun pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək aksiyasını yüksək qiymətləndirərək “hər birimiz bu addımlardan örnək alıb belə ailələrə dəstəyimizi daha da artırmalıyıq”-- deyə çağırış edib.

Q.Paşayeva seçicilərini və hər bir vətəndaşımızı koronavirus pandemiyasından qorunmaq üçün evdən çıxan zaman maska taxmağın, getdiyi yerlərdə sosial məsafəni gözləməyin, tibbi-gigiyenik qaydalara yüksək səviyyədə əməl etməyin vacibliyini bildirib və bununla həm özümüzün, həm yaxınlarımızın, həm də ümumiyyətlə, bütün cəmiyyətin bu virusa yoluxmamasını, sağlam qalmasını saxlaya bilərik.

 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

 

30 2020 13:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə