Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Millət vəkili Şəkinin Şirinbulaq kəndində seçiciləri ilə görüşüb

Kəndə yeni asfalt yol çıkilir, yeni məktəb binası da tikiləcək...

Şəki 115 saylı seçki dairəsindən deputat seçilmiş Cavanşir Feyziyev  rayonun Şirinbulaq kəndində olub və seçiciləri ilə görüşüb. Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir.

 28 may Respublika günü ərəfəsində rayonda olan və seçiciləri ilə silsilə  görüşlər təşkil edən millət vəkilinin növbəti görüş yeri  Şirinbulaq kəndi olub.  Şəkinin dağlıq ərazisində və yol-nəqliyyat infrastrukturundan  kənarda yerləşən ucqar kəndlərdən olan Şirinbulağın sosial problemlərinin həllinə yardımçı olmaq hələ kecən ildən millət vəkilinin diqqətində idi. 2019-cu ilin yay aylarında deputatla görüş zamanı sakinlər kənddə telefon rabitəsinin olmadığını, ətrafdan keçən magistral yola qədər olan 13 kilometrlik məsafənin torpaq  olduğunu, payız-qış aylarında palcıqdan, yayda isə toz-torpaqdan gediş-gəlişin çətinləşdiyini bildirmişdilər.  Həmin vaxt deputat müvafiq qurumlara müraciət etmiş, mobil rabitə operatoru “Bakcell” tərəfindən siqnal qəbuledici antena quraşdırılmış və kəndə rabitə xətti çəkilmişdi.

 Bu il isə deputatın əlaqədar təşkilatlara müraciətindən sonra  kəndi qonşu Əlyar kəndi ilə birləşdirən yeni asfalt yolun çəkilişinə də başlanıb. Dağlıq ərazidən kecən yeni yolun çəkilişi üçün  xüsusi texnika gətirilib.  Hazırda eni 10 metr olacaq yeni asfalt yolun çəkilişi  üçün qazıntı və yolbərkitmə işləri aparılır. Deputat yol çəkilişi ilə bağlı aparılan işlərlə yerində tanış olub.

Kənd sakinləri deputatla görüşdə kənddə aparılan abadlıq işlərini rəğbətlə qarşıladıqlarını və bunların prezident İlham Əliyevin apardığı quruculuq işlərinin bəhrəsi kimi dəyərləndirmişlər.  Prezidentə və dövlətə  minnətdarlıqlarını bildirən sakinlər həmçinin xüsusi karantin rejimində kənd sakinlərinə göstərilən humanitar yardımdan, aztəminatlı ailələrin ictimai işlərə cəlb olunmasından və başqa məsələlərdən də razılıqla danışıblar. Hətta bildirilib ki, 90-cı illərdə kəndi tərk edib güzaran üçün Rusiyaya getmiş kənd sakinlərinin artıq geri qayıtmağa başlaması kənddə sosial problemlərin həlli ilə əlaqədardır.

Sakinlər millət vəkuli ilə görüşdə  kənddə yeni məktəb binasının tikilməsinə ehtiyac olduğunu da bildiriblər. Təklifdən sonra mövcud məktəb binasına baxış keçirilib və müvafiq qurumlar qarşısında yeni məktəb binasının tikintisi haqqında  məsələ qaldırılması qərara alınıb.

Görüşdə kənd icra nümayəndəsi və bələdiyyə sədri  iştirak edib.

“Xalq qəzeti”

30 2020 11:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə