Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Real” Azərbaycan millisinin sabiq müdafiəçisi ilə müqaviləni yeniləyib

İspaniyanın “Real” basketbol klubu Azərbaycan millisinin sabiq müdafiəçisi Ceysi Kerroll ilə müqaviləni yeniləyib.

AZƏRTAC xəbər verir ki, bu mövsüm 37 yaşlı basketbolçu Avroliqada hər oyuna orta hesabla 7,5 xalla yadda qalıb. C.Kerroll karyerasını bitirməyə hazırlaşırdı. Amma mövsümün yarımçıq dayandırılması basketbolçunu qərarını dəyişməyə vadar edib.

Qeyd edək ki, basketbolçu son 9 ildə “Real”da çıxış edir. 2013-cü ildə o, Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin də şərəfini qoruyub.

30 2020 11:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə