Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu!

İcazə verin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin çoxsaylı kollektivi adından Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını milli bayramınız – Respublika Günü münasibətilə ürəkdən təbrik edim.

Müstəqil Azərbaycan Respublikasının yaranması ilə əlamətdar olan bu bayram ölkənizə hörmət və sevgi, onun milli adət-ənənələri, zəngin tarixi və parlaq mədəniyyəti baxımından xüsusi məna kəsb edir. Ötən onilliklər ərzində Sizin böyük yaradıcı əməyiniz, siyasi istedadınız və müdrikliyiniz sayəsində respublikanızın zəngin irsi nəinki qorunaraq saxlanılıb, həm də əhəmiyyətli dərəcədə inkişaf etdirilib. Bu gün Azərbaycan daim sosial-iqtisadi tərəqqiyə can atan, yeni imkanlara və perspektivlərə açıq olan dinamik inkişaf edən müasir dövlətdir.

İcazə verin, ölkənizin əsas milli bayramı günündə yaranmış fürsətdən istifadə edərək, Moskva Dövlət Universitetinə olan səmimi münasibətə görə Sizə təşəkkürümü bildirim. MDU-nun Bakı şəhərindəki filialı özünün bütün fəaliyyəti dövründə dövlətlərimiz arasında elm və təhsilin inkişafına, sülh və həmrəyliyə uğurla xidmət edir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, məsuliyyətli işinizdə tükənməz enerji və uğurlar arzulayır, Azərbaycan xalqına səadət və rifah diləyirəm.

 

Viktor Sadovniçi

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik.

30 2020 01:35 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə