Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Safmar” qrupu Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizi təbrik edirəm.

Azərbaycan vətəndaşları üçün əlamətdar bayram olan Respublika Günü xalqınızın Vətənin müstəqilliyi və azadlığı uğrunda mübarizədə sıx birləşməsinin rəmzidir.

Bu gün milli qürur hissi, vətənpərvərlik, öz qüvvəsinə tükənməz inam və ölkə rəhbərliyinin müdrik siyasəti respublikanızın iqtisadi və sosial sahələrdə uğurlar qazanmasına, beynəlxalq arenada ölkənizin nüfuzunun möhkəmləndirilməsinə imkan verir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı naminə bütün təşəbbüslərinizin gerçəkləşməsini arzulayıram.

Dərin hörmətlə,

Mixail Qutseriyev

“Safmar” qrupu Səhmdar Cəmiyyətinin prezidenti,

Direktorlar Şurasının sədri

30 2020 01:34 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə