Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

                                                       Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 15 iyun saat 00:00-dək uzadılsın.

2. Fəaliyyətinə məhdudiyyət tətbiq edilmiş aşağıdakı iş və xidmət sahələrinin fəaliyyəti 2020-ci il 31 may saat 00:00-dan bərpa olunsun:

2.1. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda dövlət orqanlarının (qurumlarının) işçilərinin tam fəaliyyəti;

2.2. ölkə ərazisində iri ticarət mərkəzlərinin fəaliyyəti (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar və ictimai iaşə məkanları istisna olmaqla);

2.3. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə ictimai iaşə məkanlarında, eləcə də restoran, kafe və çay evlərində müştərilərə 08:00-dan 22:00-dək yerində xidmət (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklərin, məclislərin təşkili istisna olmaqla);

2.4. tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışlarının keçirilməsi.

3. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarının 1.2-ci bəndində “onlara” sözü “həmin işçilərə öz arzusu ilə 14 təqvim gününədək” sözləri ilə əvəz edilsin.

4. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 may tarixli 178 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci hissədə “31 may” rəqəmləri və sözü “15 iyun” rəqəmləri və sözü ilə əvəz edilsin;

4.2.  1.4-cü bənd ləğv edilsin;

4.3. 1.7-ci bəndə “dayandırılması” sözündən sonra (tamaşa-çıların iştirakı olmadan açıq havada idman yarışlarının keçirilməsi istisna olmaqla)” sözləri əlavə edilsin;

4.4. 1.13-cü bənd aşağıdakı redaksiyada verilsin:

 “1.13. iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyətinin dayandırılması;”;

4.5. 1.15-ci bənddə “18:00-dan” rəqəmləri “22:00-dan” rəqəm-ləri ilə əvəz edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 29 may 2020-ci il

 

№ 190

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə