Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sığorta şirkətlərinin vəziyyəti qənaətbəxşdir”

“Sığorta şirkətlərinin hazırkı maliyyə dayanıqlılığı göstəriciləri qənaətbəxşdir. Amma bu sahədə müxtəlif problemlər də mövcuddur və problemlərin aradan qaldırılması üçün addımlar atılır”.

Bunu KİV-ə müsahibəsində Mərkəzi Bankın Sığorta Fəaliyyətinə Nəzarət Departamentinin direktoru Vüsal Qurbanov bildirib. Onun sözlərinə görə, ötən ilin noyabr ayından etibarən sığorta sahəsində tənzimləmə və nəzarət funksiyaları Mərkəzi Banka həvalə edildikdən sonra, aparılan təhlillər əsasında sığorta sektorunun inkişaf strategiyası hazırlanıb:

“Belə ki, strategiyanın əsas istiqamətləri sığorta qanunvericiliyinin müəyyən istiqamətlər üzrə modifikasiyasını, istehlakçıların hüquqlarının qorunması məqsədi ilə sığorta qanunvericiliyində müəyyən istiqamətlərin alınmasını, sığortanın əlçatanlığının təmin edilməsi məqsədi ilə elektronlaşma istiqamətində layihələrin hazırlanması nəzərdə tutulub. Artıq elektronlaşma istiqamətində müəyyən işlərə start verilib”.

Vüsal Qurbanov bildirib ki, Mərkəzi Bank sığorta sektorunda fəaliyyət göstərən kadrların təlimləri üçün beynəlxalq institutlarla danışıqlar aparılıb və qısa müddətdə təlim-tədris işlərinə start veriləcək.

Hazırda Azərbaycanın sığorta bazarında 20 sığorta, bir təkrarsığorta şirkəti fəaliyyət göstərir. Onlardan 4-ü həyat, 16-si isə qeyri-həyat sığorta şirkətidir.

V.BAYRAMOV,

“Xalq qəzeti”

29 2020 19:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə