Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Fitch” Avrozona iqtisadiyyatı üzrə proqnozunu azaldıb

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi bu il Avrozona iqtisadiyyatının 8,2 faiz azalacağını proqnozlaşdırır.

“Fitch”in “Global Economic Outlook” adlı may hesabatına istinadən verdiyi məlumata görə, yeni proqnoz agentliyin əvvəlki gözləntisindən 1,2 faiz bəndi azdır. İqtisadi geriləmənin COVID-19 pandemiyası fonunda İtaliya, Fransa və İspaniyada ÜDM-in kəskin azalması nəticəsində baş verəcəyi gözlənilir.

“Fitch” qeyd edir ki, bu il İspaniya iqtisadiyyatı 9,6 faiz, İtaliya iqtisadiyyatı 9,5 faiz Fransa iqtisadiyyatı isə 9 faiz azalacaq. Böhran Böyük Britaniyadan da yan keçməyib. Agentlik bu ölkədə cari ildə ÜDM-in azalması üzrə proqnozunu 6,3 faizdən 7,8 faizə endirib.

V.BAYRAMOV,

“Xalq qəzeti”

29 2020 19:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə