Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan əhalisi apreldə əczaçılıq və tibbi mallara 58 mln. manata yaxın xərcləyib

Bu ilin yanvar-aprel aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq və tibbi mallara 202,4 milyon manat xərcləyib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 41,7 faiz çoxdur. Təkcə ötən ay əhaliyə 57,7 milyon həcmində əczaçılıq və tibbi mallar satılıb ki, bu da mart ayı ilə müqayisədə 8 faiz çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,7 faizi əczaçılıq və tibbi malların alınmasına sərf olunub.

V.BAYRAMOV,

“Xalq qəzeti”

 

29 2020 18:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə