Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Niyazi Bayramov: karantin rejiminin yumşaldılması insanları daha məsuliyyətli davranmağa səfərbər etməlidir

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin bir sıra ərazilərinə baş çəkib. O, Gəncədə aparılan abadlıq-quruculuq işləri ilə bir daha yerində tanış olub, səyyari xidmətin təşkili ilə maraqlanıb.

Artıq inşası yekunlaşmaq üzrə olan modul tipli xəstəxanada şəhər rəhbərinə məlumat veriblər ki, hazırda obyektin ətrafında abadlıq-quruculuq işləri həyata keçirilir. Burada Niyazi Bayramov öz tapşıqlarını verib, tövsiyələrini bildirib. 

Səyyari xidmətin təşkil edildiyi ərazilərdə olarkən icra hakimiyyətinin başçısı  karantin rejiminin yumşaldılmasından sonra da insanları daha məsuliyyətli olmağa, tibbi maska və əlcəkdən istifadə etməyə, şəxsi gigiyena qaydalarını unutmamağa çağırıb. O, həmçinin bir sıra iaşə obyektlərinin açıq havada fəaliyyət göstərməsindən asılı olmayaraq xidmət sahələrini təmiz saxlamağı, dezinfeksiyaedici məhlullardan müntəzəm istifadə etməyi tapşırıb.  Qeyd olunub ki, sahibkarlar, ictimai iaşə obyektlərinin rəhbərləri, digər işçilər, eləcə də xidmətlərdən istifadə edən müştərilər qaydaları pozarlarsa onları  inzibati, hətta cinayət məsuliyyəti gözləyir. 

 

Hamlet Qasımov,
«Xalq qəzeti»nin bölgə müxbiri

 

29 2020 16:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə