Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazağın gənc könüllüləri aksiyalarda fəal iştirak edirlər

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarını əldə rəhbər tutan Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) start verdiyi "Bir-birimizi qoruyaq” kampaniyası Qazaxda da uğurla icra olunur.    

"Bir-birimizi qoruyaq" kampaniyasına qoşulan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i ilk gündən bu aksiyada fəal iştirak edirlər.       Kampaniya çərçivəsində gənclər bu dəfə Qazax Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə əhalinin kütləvilik təşkil etdiyi Mərkəzi bazar, "Nərgiz" Ticarət Mərkəzi, “Fəxri qazaxlılar” parkı, "Dəniz" kitab evi və ictimai iaşə obyektlərində vətəndaşlar arasında maarifləndirmə işləri aparıblar. Sakinlərin əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və tibbi maska paylanılıb. 
Azərbaycanda fəaliyyət göstərən könüllülər təşkilatları və hərəkatları tərəfindən yaradılmış AKƏM-nin həyata keçirdiyi aksiyanın əsas məqsədi karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmə işləri aparmaq, cəmiyyətin sağlamlığını    qorumaqdır.
Sosial aksiya vətəndaşlar tərəfindən razılıqla qarşılanır.

 

Hamlet Qasımov,
«
Xalq qəzeti»nin bölgə müxbiri

 

29 2020 16:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə