Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qorunmaya əvvəlki qaydada davam edilməlidir

Karantin tədbirlərinə qoyulan bir sıra qadağalar ləğv olunduqdan sonra Respublikamızda xəstə sayının 130--150 civarında dəyişməsi fonunda, bu qərar bir qədər tələskənlik kimi də dəyərləndirilə bilər. Lakin əhalisinin sayına görə bizə yaxın olan, amma xəstə sayı, həmçinin xəstələnənlər arasındakı ölüm faizinin bizdən çox-çox yüksək olduğu Avropa ölkələrində hətta hava sərhədlərinin də açılmasını düşünsək, belə qənaətə gəlmək olar ki, əvvəla, biz artıq bu xəstəliklə tanış olduq.

İkincisi, sərt karantin tədbirləri tətbiq etməklə, başlanğıc dövrdə kütləvi xəstələnmələrin qarşısını almaqla səhiyyə sistemimizdə olan boşluqlar araşdırılaraq lazımi tədbirlər görüldü.
Üçüncüsü, xəstələnmə intensivliyi nəzərə alınaraq çarpayı fondumuz yaradıldı. Ayr-ayrı tibb müəssisələrindən əlavə, Yeni klinika və modul tipli xəstəxana viruslu xəstələrin istifadəsinə verildi, intensiv terapiyaya ehtiyacı olacaq xəstələr üçün münasib ləvazimatlar-avadanlıqlar əldə olundu.
Dördüncüsü, xəstəliklə mübarizə aparan cəsur həkimlərimiz bu xəstəliyin müalicə metodlarını daha yaxşı mənimsədilər.
Beşincisi, xəstəliyə qarşı artıq "toplum immuniteti" formalaşmağa başladı.
Deməli, biz daha xəstəlikdən qorxmuruq. Lakin sanitar gigiyenik qaydalara, sosial məsafə anlayışına, qoruyucu maskalardan istifadə etməyə maksimum çalışmaq lazımdır.

Karantin tədbirlərinin yumşaldılması, bu tədbirlərə əməl etməyi təkzib etmir. Əksinə, indi iş yerlərinin açılması ilə bağlı, sakinlərin  bayıra kütləvi çıxışını nəzərə alaraq, qorunmaya daha çox ehtiyac olduğuna diqqət yetirilməlidir. Üzümü şəhərimizin sakinlərinə tutub deyirəm: Özünüzü karantin rejiminin sərt tətbiq edildiyi vaxtlarda olduğu kimi qoruyun. İndi virusa yoluxub-yoluxmama məsuliyyəti ancaq özümüzdədir.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

29 2020 15:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə