Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli qəhrəmanın ailəsində

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva işğalçı Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunun Ağdam kəndinin ilk şəhidi, Milli Qəhrəmanımız Naiq Yusifovun atası, gözəl ağsaqqal Nəsir dayını, onun əziz ailəsini Ramazan bayramı, Cümhuriyyət Günü münasibətilə təbrik edib, ona və əziz ailəsinə bütün dualarına çatmalarını diləyib.

Deputatın köməkçisi İlqar Kərimov Qənirə xanımın adından bayram hədiyyələrini Milli Qəhrəmanımızın ailəsinə təqdim edib. Söhbət zamanı qəhrəman şəhidimiz bir daha xatırlanıb, onun nakam ruhuna dualar oxunub. İ.Kərimovun vasitəsi ilə Qənirə xanım onlayn olaraq Nəsir Yusifovun ailə üzvləri ilə danışıb. Q.Paşayeva bu gözəl ailəyə böyük sevgi, sayğısını bir daha vurğulamaqla yanaşı “Dövlətimiz və xalqımız hər zaman sizin yanınızdadır. Qəhrəman şəhidlərimiz və onların ailələri heç zaman unudulmayacaq. Onlar bizim baş tacımızdır”-- deyib.

Əziz şəhidlərimiz nur içində yatsın!

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

29 2020 15:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə