Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sətəlcəm öskürək və nəfəs darlığı olmadan da ağciyərə zərər vurur

Rusiyalı həkim COVİD-19 sətəlcəminin təhlükəli olması barədə məlumat verib . e-tibb.az xəbər verir ki, Rusiyanın Amur vilayətinin Blaqoveşensk Şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasının baş həkimi Viktor Bardov koronavirus infeksiyasının təhlükəsini açıqlayıb. O, xəstəliyin simptomlarsız, öskürək, tənginəfəslik olmadan da sətəlcəmə səbəb olduğunu deyib. Onun sözlərinə görə, COVİD--19-a yoluxan, amma öskürək, tənginəfəslik olmayan xəstələri Kompüter Tomoqrafiya müayinəsi etdikdə, ağciyərin genişmiqyaslı iltihabı müşahidə olunur.

Həkim, hətta yoluxan insanların yenidən yoluxa biləcəyini vurğulayıb. Onun sözlərinə görə, xəstəlikdən sonra meydana gələn immunitet toxunulmazlığı çox aktiv olsa da, qısamüddətli olur. Xəstə xəstəlikdən sonra 1,5 -- 3 ay ərzində "qorunmuş" qalır və sonra yenidən koronavirus öünü göstərə bilər. Eyni zamanda həkim bildirib ki, xəstəliyə diaqnoz qoymaq çox çətindir: "Ağciyərlər ciddi şəkildə təsirlənir, ancaq həkimlər bunu yalnız tədqiqat zamanı hiss edirlər. Koronavirusun səbəb olduğu sətəlcəm ağciyər toxumasının böyük bir zədələnməsi, kəskin tənəffüs çatışmazlığı və kəskin tənəffüs çətinliyi sindromunun tez inkişafı, həyati diaqnoz qoymaq çox çətindir:

"Ağciyərlər ciddi şəkildə təsirlənir, ancaq həkimlər bunu yalnız tədqiqat zamanı hiss edirlər. Koronavirusun səbəb olduğu sətəlcəm ağciyər toxumasının böyük bir zədələnməsi, kəskin tənəffüs çatışmazlığı və kəskin tənəffüs çətinliyi sindromunun tez inkişafı, həyati təhlükəsi olan və ölümlə nəticələnə biləcək vəziyyətdə olur. COVİD --19 sətəlcəminin gedişi pis proqnozlaşdırılır. Bir çox xəstə tənginəfəslik şikayətləri olmadan bizə gəlir. Yalnız KT ilə müayinə etdikdə, çox böyük ölçülü ikitərəfli sətəlcəm görürürk”.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

29 2020 15:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə