Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bayrağımızın rəngləri Qətərin məşhur binasında

Qətərin paytaxtı Doha şəhərinin ən məşhur və unikal tikililərdən biri olan “Şeraton” otelinin binası üzərində Azərbaycan Respublikasının Dövlət bayrağı əks olunub. Xarici KİV xəbər verir ki, sözügedən görüntü 28 May - Respublika günü münasibəti ilə yaradılıb.

Bu hadisə Qətərdəki soydaşlarımız tərəfindən rəğbətlə qarşılanıb və şəhərin yerli, əcnəbi sakinlərinin marağına səbəb olub.

Qeyd edək ki, bu binada indiyə qədər 2 dövlətin bayrağı işıqlandırılıb.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

29 2020 15:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə