Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Millət vəkili bayram günündə seçiciləri ilə görüşdu

Koronavirus pandemiyası ilə əlaqədar kütləvi bayram tədbirlərinin keçirilməsi ləğv edilsə də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü günündə də millət vəkili Cavanşir Feyziyev Şəkidə  seçicilərinin yanında olub.

Şəkinin Turan qəsəbə sakinləri ilə görüşən deputat onların  gündəlik həyat qayğıları ilə maraqlanıb və bu problemlərin həllinə dəstək olub. Pandemiya ilə bağlı görülən tədbirlər, aztəminatlı ailələrə göstərilən yardımlar və onların ictimai işlərə cəlb olunması ilə bağlı vəziyyət  görüşun əsas  müzakirə mövzusu olub.

 Qəsəbə sakinləri xüsusi karantin rejimində ölkə başçısi İlham Əliyev və dövlət tərəfindən atılan addımları və qablayıcı tədbirləri dəstəklədiklərini, operativ qərargah tərəfindən qoyulan məhdudiyyətlərə ciddi əməl olunduğunu və  qəsəbədə Covid-19 virusuna yoluxmanın olmadığını nəzərə çatdırmişlar. Bütün bunlara rəğmən ölkə başçısına minnətdarlıqlarını bildirən  sakinlər pandemiya dövründə  tək olmadıqlarını  hiss etdiklərini, müstəqil Azərbaycanın inkişafı yolunda və ölkədə olan sabitliyə, əmin-amanlıga görə  aparılan xarici və daxili  siyasəti dəstəklədiklərini bildirmişlər. 

Millət vəkilinin seçicilərlə görüşundə Turan qəsəbə icra nümayəndəsi və Turan bələdiyyəsinin sədri  iştirak edib.

 

“Xalq qəzeti”

29 2020 13:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə