Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkir: Bayramlı kəndinin sakinləri ölkə Prezidentinə nə yazdılar?

«Cənab Prezident, bu gün koronavirus pandemiyasından bir çox inkişaf etmiş ölkələr  əziyyət çəkdiyi və iqtisadi tənəzüllə uğradığı halda Sizin rəhbərliyiniz altında Azərbaycanda uğurlu və xalqın ürəyindən xəbər verən çoxlu sayda sosial layihələr həyata keçirilir. Bu baxımdan respublikanın bütün regionlarında olduğu kimi Şəmkir rayonunda da genişmiqyaslı tikinti, yenidənqurma işləri davam etdirilir.»

Bu sözlər rayonun Bayramlı kənd sakinlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdikləri minnətdarlıq məktubundan götürülüb. Məktubda qeyd olunur ki, ötən əsrin 60-cı illərində kəndə çəkilmiş elektrik xətləri öz istismar müddətini başa vurduğundan naqillər tez-tez qırılır, enerji verilişində fasilələr yaranırdı və bu da əhalini narahat edirdi. İnternet xidməti də tələbləri ödəmirdi. İndi bu ilin may ayının əvvəllərindən başlayaraq kənddə elekrik xətləri  yenidən qurulur, SİB kabelləşmə işləri aparılır. Tezlikə 24 saat fasiləsiz elektrik enerjisi və internetlə təmin olunacağıq. Bu bizi hədsiz sevindirir.

Qeyd edək ki, şəbəkələrin texniki vəziyyətinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün SİB kabelləşmə mərhələlərlə rayonun bütün kəndlərində aparılacaqdır.

 

Hamlet Qasımov,
«
Xalq qəzeti»nin bölgə müxbiri

 

29 2020 14:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə