Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada koronavirus qurbanlarının sayı artıb

Rusiya paytaxtında koronavirus qurbanlarının sayı artıb. Xarici KIV xəbər verir ki, Moskvada koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 76 nəfər dünyasını dəyişib.

Rusiya Operativ Qərargahının məlumatına görə, bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 2330-a çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 379 051 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 8371 nəfər bu virusa yoluxub, 174 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 4142 nəfərdir, indiyədək 150 993 nəfər sağalıb.

 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

29 2020 14:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə