Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oistervijk şəhərində mayın 28-i Azərbaycan Günü elan edilib

Niderlandda Brabant əyaləti Azərbaycanlıları Məclisinin təşəbbüsü və Avropa Azərbaycanlıları Konqresinin dəstəyi ilə 28 may tarixi Brabant əyalətinin Oistervijk şəhərində Azərbaycan Günü kimi rəsmi olaraq qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan bayrağının Oistervijk şəhər meriyası üzərində ucaldılması ilə bağlı şəhərin meri Hans Janssenin rəsmi qərarı olub.

Azərbaycanın üç rəngli bayrağı şəhər meriyası qarşısında, eləcə də bir sıra dövlət və inzibati binaların qarşısında ucaldılıb.

Mer Hans Janssen Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımova ünvanlandığı rəsmi məktubunda Azərbaycan xalqını və Avropada yaşayan azərbaycanlıları Şərqdə ilk Azərbaycan Demokratik Respublikanın 102-ci ildönümü münasibətilə təbrik edib, dost Azərbaycan xalqına əmin-amanlıq diləyib.

Xatırladaq ki, Niderlandın Milli Qəhrəmanı və Medo ləqəbi ilə tanınmış Məmməd Məmmədov Brabant əyalətinin Oistervijk şəhərində yaşayıb və bu şəhərdə dəfn edilib. Şəhərin küçələrindən birinə M.Məmmədovun adı verilib və onun şərəfinə xatirə lövhəsi inşa edilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Brabant

29 2020 14:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə