Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əlcəzair özünü təcridetmə rejimini iyunun 13-ə qədər uzatdı

Əlcəzair hökuməti koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində ölkənin dörd vilayətindən başqa hamısında təcrid rejimini 13 iyun tarixinə qədər uzatmaq qərarına gəlib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Əbdüləziz Cerradın aparatı tərəfindən dərc edilən kommünikedə deyilir.

"Baş nazir Əbdüləziz Cerrad sağlamlıq idarəsinin elmi heyəti ilə epidemioloji vəziyyətlə tanış olduqdan və respublika prezidentinin razılığını aldıqdan sonra, Səidə, Tinduf, İllizi və Tamanrasset əyalətlərində özünü təcridetmə rejimini tamamilə ləğv etmək qərarına gəlib", - sənəddə qeyd olunur.

"Bu qərar qeydə alınan əlverişli nəticələrə əsaslanıb", - xəbərdə bildirilib.

 

Səlahiyyətlilərə görə, Əlcəzairdə yeni tip koronavirusa yoluxma sayı ümumilikdə 9 minə, ölənlərin ümumi sayı 630-a, sağalan xəstələrin sayı isə 5 277-ə çatıb.

Əlcəzairdə koronavirus infeksiyasına yoluxmanın ilk hadisəsi fevralın 25-də qeydə alınıb. Səhiyyə Nazirliyinin məlumatına görə, infeksiyanın əsas ocağı Blida əyalətidir (ölkənin şimalında).

29 2020 13:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə