Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın ən yaşlı kişi sakini öldü

Böyük Britaniyada dünyanın ən yaşlı kişi sakini dünyasını dəyişib. Xarici KİV xəbər verir ki, Britaniyanın Qempşir qraflığının Alton şəhərində “Qocalar evi”ndə yaşayan Bob Ueytonun 112 yaşı var idi. Onun ölümünə səbəb onkoloji xəstəlik olub.

Uzunömürlü 1908-ci il martın 29-da Kinqston-apon-Hall şəhərində anadan olub. Keçmişdə mühəndis və müəllim işləyib. Onun iki oğlu, bir qızı, on nəvəsi və iyirmi beş nəticəsi var.
Ueytonun ölümündən sonra dünyanın ən yaşlı kişi sakini tituluna namizədlər arasında Rumıniyadan olan 110 yaşlı (08.11.1908) Dumitru Komanesku və 111 yaşlı (08.02.1909) ispan Saturnino de la Fuente var. 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

29 2020 12:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə