Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tramp sosial şəbəkələrin nizama salınması haqqında fərman imzaladı

ABŞ prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin işinin nizama salınması ilə bağlı fərman imzalayıb.

"Report"un məlumatına görə, bu barədə Ağ Evə istinadən "Reuters" xəbər verib.

"Bu gün mən söz azadlığının müdafiəsi, ABŞ vətəndaşlarının hüquqları üzrə icraçı fərmanı imzaladım. Sosial şəbəkələr neytral platforma nəzəriyyəsinə əsaslanaraq, "Twitter" kimi, məsuliyyətdən misli görünməmiş müdafiəyə malik idilər. Amma bu belə deyil", - Tramp deyib.

ABŞ prezidenti qeyd edib ki, sosial şəbəkələr daha məsuliyyətdən müdafiə hüququna malik olmayacaqlar. Bu, böyük qərardır.

Prezidentin iddiasına görə, bu fərmana qədər sosial şəbəkələr “istədiyi hər şeyi edə bilirdi".

Qeyd edək ki, daha əvvəl ABŞ administrasiyasının rəhbəri bildirib ki, ölkədə sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırıla, hətta dayandırıla bilər.

"Respublikaçıların fikrincə, sosial media platformalarında mühafizəkar səslər bütövlükdə susdurulur. Biz belə bir şeyin baş verməsinə yol verməkdənsə, onları ciddi tənzimləyər, yaxud bağlayarıq", - Donald Trampbildirib.

ABŞ-ın "Facebook" şirkətinin rəhbəri Mark Zukerberq isə bunun əleyhinə çıxıb. O, qeyd edib ki, bu, senzuraya gətirib çıxara bilər.  

 

29 2020 12:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
8 İyul 2020 | 15:16
Çexiyada qatar qəzası

Köhnə versiyamızdan xəbərləri izlə